AZ

Rublun ucuzlaşması Azərbaycana necə təsir edir? - VİDEO

Rusiya rublu dəyərdən düşməkdə davam edir. Hazırda 100 rus rublu 1 manat 69 qəpiyə mübadilə olunur.   Manset.az Xəzər TV-yə istinadən bildirir ki, ekspertlər bildirirlər ki, rublun dəyərdən düşməsi ölkəmizə də təsirsiz ötüşmür. Xüsusilə, bu ölkədə işləyən və ailələrinə vəsait göndərən soydaşlarımız üçün çətin vəziyyət yaranır. Rublun il ərzində 13 %-dən çox ucuzlaşması onların qazanclarının azalmasına səbəb olur. İqtisadçı-ekspert Elşad Məmmədov deyir ki, Rusiya Azərbaycanın qeyri-neft, qeyri-xammal sektorları üzrə əsas xarici ticarət tərəfdaşlarındandır. İqtisadçı bildirib ki, 2-ci istiqamət də çox önəmlidir. Bu da Rusiya Federasiyasında işləyən azərbaycanlılarla bağlıdır. Onlar məlumdur ki, Rusiyadan əldə etdikləri vəsaitlərin xeyli hissəsini ölkəmizə transfer edirlər və bu maliyyənin məhdudlaşdırılması təbii olaraq Azərbaycandakı ailələrinin maddi durumuna öz təsirlərini göstərir. Qeyd edək ki, Azərbaycan və Rusiya arasında 2023-cü ildə ticarət dövriyyəsi rekord səviyyədə artaraq 4,3 milyard dollar təşkil edib. Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Seçilən
3
8
manset.az

9Mənbələr