Türkiyə futbolunun əfsanəsi Fatih Terim növbəti skandal xəbərlə idman ictimaiyyətinin diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, bu barədə informasiyanı jurnalist Onnik Azinyan yayıb.

Məlumata görə, təcrübəli mütəxəssis Super Liqada maliyyə baxımından çətin günlər keçirən "Adana Demirspor"u alacaq.

Qeyd edək ki, Fatih Terim futbolçu karyerası ərzində 1969-1974-cü illərdə "Adana Dəmirspor"un formasını geyinib.