AZ

Afrikanın ən soyuq ölkəsi: Dünyada yalnız 3 belə dövlət var

Afrika haqqında düşünərkən qar və soyuq adətən ağla gəlmir. Bu qitə daha çox tropik çimərliklər, səhralar, cəngəlliklər, safari turlar və yandırıcı günəş altında şəhərlərlə xatırlanır. Lakin Afrikada elə yerlər var ki, düzgün mövsümdə qar görmək şansı gözləniləndən daha yüksəkdir. Üstəlik, bu yerlər yalnız ən hündür dağ zirvələri ilə məhdudlaşmır. 

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Afrikanın ən yüksək dağı olan Kilimancaro Tanzaniyada yerləşir. Bu dağ ekvatorial passatların və yüksək dağlıq ərazilərdəki antipassatların təsiri ilə qitənin digər yerlərindən daha soyuqdur.

Burada temperatur -29 dərəcə Selsiyə qədər enə bilər. Lakin bu, əsasən iyun-sentyabr ayları arasında, cənub yarımkürəsində qış mövsümü zamanı müşahidə edilir.

Cənubi Afrika Respublikası (CAR) unikal iqlimi ilə seçilir. Burada iyun-avqust ayları arasında qış mövsümü hökm sürür və temperatur -16 dərəcə Selsiyə qədər enir. Bu, ölkənin Cənub Qütbünə yaxınlığı ilə əlaqədardır.

Lakin ən qeyri-adi ölkə Lesotodur. Bu ölkə dənizə çıxışı olmayan yeganə dövlətdir və onun hər qarış ərazisi dəniz səviyyəsindən 1000 metrdən artıq hündürlükdə yerləşir. Relyefin bu özəlliyi Lesotoda bol qar yağışlarına səbəb olur. Hətta ölkədə xizək kurortu da fəaliyyət göstərir.

Lesoto hardadır və orda həyat necədir?

Qeyd edək ki, Lesoto Krallığı Afrikanın cənubunda anklav dövlətdir. Lesoto dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunub. Paytaxtı və ən böyük şəhəri Maseru, ümumi sahəsi 30,355 kvadrat kilometrdir. Lesoto həm də Vatikan və San-Marino ilə yanaşı, ərazisi tamamilə başqa bir ölkənin ərazisi ilə əhatə olunmuş üç müstəqil dövlətdən biridir.

Soto (suta) milləti etnonimindən yaranıb, soto dilində danışan insanların ölkəsi mənasını verir. Müstəqilliyin qazanıldığı 1966-ci ilə qədər istifadə edilən Basutoland isə Basotoluların yaşadığı ölkə mənasını verir.

1868-1966-cı illərdə Böyük Britaniyanın protektoratı olub. Basutoland adlandırılan bu ərazi 1965-ci ildə isə daxili özünüidarəni əldə edib. 1966-cı ildə müstəqillik elan olunub, o vaxtdan ölkədə müntəzəm olaraq hərbi çevrilişlər baş verir. 1970-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyət hərbçilərin əlinə keçib. 1993-cü ildə hərbi rejim ölkəyə rəhbərliyi öz üzərindən atıb. Ölkədə cəmi bir dəfə - 2002-ci ildə insidentsiz seçki keçirilib.

Dövlət quruluşu konstitusiyalı monarxiyadır.

Sahəsi 30 000 km²-dir. Cənubi Afrikada yerləşir. Paytaxtı Maseru şəhəridir. Lesotho Afrika qitəsində yerləşən kiçik ölkələrdən biridir. Ölkə sahəsinə görə 54 Afrika ölkəsi içində 42-ci yerdədir. Dünyada San Marino və Vatikan kimi hər tərəfdən ancaq bir ölkə ilə həmsərhəd olan Lesoto qonşusu Cənubi Afrika Respublikası ilə 909 km-lik sərhədə malikdir. Bu xüsusiyyəti ilə dənizə də çıxışı olmayan ölkə torpaqlarının böyük hissəsinin yüksəklikdə yerləşdiyi üçün Səmadakı krallıq (The Kingdom in the Sky ) olaraq da adlandırılmaqdadır.

Lesoto Afrikada olan müstəqil ölkələr içində əhalinin şəxsiyyət, mədəni və ənənə baxımından bir-birinə yaxın olduğu çox az ölkələrdən biridir. Ölkədə yaşayan iki milyona yaxın əhalinin 99% nisbətində özünü Bantu etnik qrupunun cənub qrupu üzvü olan Basuto etnik qrupuna üzvdür. Bundan başqa çox az da olsa Zulu, Xhosa etnik qrupları, avropalılar və asiyalılar yaşayır.

Ölkənin Sesotho və İngilis olmaqla iki rəsmi dili var. Ölkə əhalisinin 99%-i Sesoto dilini ana dili olaraq qəbul etdiyi halda, İngilis dili Birləşmiş Krallıq müstəmləkə dövründən qalan bir miras olaraq rəsmi dilə əlavə edilib. Bu iki dilidən başqa çox az da olsa bəzi yerlərdə Dinka, Xhosaca və Sephuthi dilində danışırlar.

Lesotho əhalisinin 90%-lik çox böyük bir hissəsi xristian dininə sitayiş edir. Xristian dininə mənsub icmaların yarısına yaxını katolik məzhəbinə, 40%-i protestant məzhəbinə görə dini tələblərini yerinə yetirərkən, 10%-i isə yerli Afrika xristiyanlığına inanır. Ölkədə geri qalan 10% əhali isə Afrika təbiət dinlərinə, çox az adam isə islama və hinduizmə inanır.

Seçilən
15
50
olke.az

10Mənbələr