AZ

Qadın sonsuzluğunun səbəbi AÇIQLANDI

Helsinki Universitetinin alimləri müəyyən ediblər ki, qadınlarda hər iki valideyndən miras qalan TBPL2 genindəki mutasiyalar sonsuzluğa səbəb ola bilər. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tədqiqat çərçivəsində alimlər sonsuzluq müalicəsi alan 22 min qadın və artıq ana olmuş 200 min iştirakçının məlumatlarını təhlil ediblər.

Tədqiqatçılar genlərdə sonsuzluq riski ilə əlaqədar beş bölgə müəyyən ediblər.

TBPL2 genindəki mutasiyaların Finlandiya populyasiyasında qadınların ən çox  reproduktiv funksiyasına təsir göstərdiyi müəyyən edilib. Qüsur hər 100 findən birində rast gəlinir və əgər qadın hər iki valideyndən genin qüsurlu formasını götürübsə, o, uşaq sahibi ola bilməyəcək. Onu da qeyd edək ki, mutasiya kişilərin uşaq sahibi olub-olmamasına təsir göstərmir.

Finlandiya Molekulyar Tibb İnstitutundan aparıcı tədqiqat müəllifi Sanni Ruotsalainen bildirib ki, TBPL2 mutasiyası ilə qadın reproduktiv funksiyası arasında əlaqə var. Alimlər hesab edirlər ki, 400-500 fin qadınının genomlarında bu qüsurlu genin iki nüsxəsi var. TBPL2 yumurtalıqda digər genlərin tənzimləyicisi rolunu oynayır və mutasiya yumurtanın normal yetişməsini pozur.

Milli.Az

Seçilən
23
4
milli.az

10Mənbələr