AZ

Niyə çörəyi əllə kəsmək olmaz?

Çörək insanların ən böyük kəşfidir. O, hər bir xalq üçün müqəddəs nemət sayılır. Çörəklə bağlı hər xalqın öz müxtəlif inancları var.

Musavat.com lent.az-a istinadla bu inanclardan biri barədə məlumat verir.

Məsələn, türklər onu yerdə tapsalar öpüb baş üstə qoyarlar. Azərbaycanda çörəyi, xüsusən təndirdən yeni çıxmış çörəyi əllə doğrayardılar, bıçaq vurmazdılar ki, bərəkəti azalar. Slavyanlarda isə, əksinə... Qədim slavyanlar hesab edirdilər ki, çörəyi yalnız bıçaqla kəsmək lazımdır və bunu ailə üzvlərindən biri etməlidir.

Slavyanlar inanırdılar ki, insan çörəyi əllə bölərsə, öz taleyini bölər, yoxsulluğa və xəstəliyə səbəb olar. Çörək əllə bölünəndə yerə çoxlu qırıntı tökülür və pis ruhlar bu qırıntıları yemək üçün evə doluşurlar.

İndiki vaxtda bu adətlərə yalnız dini və ailəvi bayramlarda əməl edilir.

Seçilən
8
5
musavat.com

6Mənbələr