AZ

Britaniyalı nazir: COP29-da təbiət prioritetimizdir

“Böyük Britaniya Hökuməti COP29-da təbiətin gündəlikdə önəmli yer tutmasını təmin etmək üçün buradadır. Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır və biz təbiəti yalnız onun öz dəyəri üçün deyil, həm də özümüzü xilas etmək üçün qorumalıyıq”. SİA xəbər verir ki, bu sözləri Britaniyanın təbiət naziri Meri Kriq COP29 çərçivəsində keçirilən tədbirdə deyib. Nazir okean icmasının gücləndirilməsi və qrantlar proqramının birinci mərhələsi çərçivəsində maliyyələşdiriləcək 20 layihəni açıqlayıb. Bu layihələr dəniz mühitində və dünya üzrə sahilyanı icmalarda davamlı dəyişikliklər həyata keçirəcək, yoxsulluğu azaldacaq, yerli icmaları gücləndirəcək və dəniz ekosistemlərinin sağlamlığını qoruyacaq.

Meri Kriq okeanın qlobal istiləşmə, çirklənmə və turşulaşmanın üçqat təhdidindən əziyyət çəkdiyini və bunun dəniz və sahil ekosistemlərinin çökmə riskini artırdığını deyib:

“Bu mühüm layihələr Yer kürəsinin iqlim baxımından ən həssas yerlərində dəniz yaşayış mühitlərini qorumağa kömək edəcək. Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır və biz təbiəti yalnız onun öz dəyəri üçün deyil, həm də özümüzü xilas etmək üçün qorumalıyıq”,- deyə nazir çıxışında qeyd edib.

Seçilən
26
2
sia.az

3Mənbələr