AZ

Saçınızın bərbərdə yuyulması insultla nəticələnə bilər! XƏBƏRDARLIQ

Saçınızın bərbərdə yuyulmasının bəzi riskləri məlum olub. Hindistanlı neyrocərrah qan təzyiqi və şəkərli diabet xəstələrinin böyük risk altında olduğunu bildirib və mühüm xəbərdarlıqlar edib. 

Ucnoqta.az xəbər verir ki, hindistanlı neyrocərrah Dr. Arun Naik gözəllik salonunda saç yuyularkən boynunu çox arxaya əyməyin iflicə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Dr. Naik, yüksək təzyiq, şəkər və ya boyun problemi olan insanların daha çox risk altında olduğunu, alternativ yuyulma üsullarına üstünlük verilməli olduğunu qeyd edib.
Dr. Naikə görə boynun həddindən artıq arxaya əyilməsi boyundakı damarların zədələnməsinə səbəb ola bilər.

Bu vəziyyət beyinə qan axını maneə törədə bilər, insult kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Daha yüngül hallarda başgicəllənmə, bulanıq görmə, yuxululuq və nitq pozğunluğu kimi simptomlar meydana gələ bilər.

Seçilən
21
ucnoqta.az

1Mənbələr