AZ

Tramp ədliyyə naziri vəzifəsinə yeni namizəd irəli sürdü

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp Florida ştatının keçmiş prokuroru Pam Bondinin ədliyyə naziri – ABŞ baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb.

Azpost.info xəbər verir ki keçmiş konqresmen Mat Getsdən imtina etdikdən sonra Tramp Bondinin namizədliyini irəli sürüb.

“Cinayətlə mübarizə və Amerikanı yenidən təhlükəsiz etmək… Mən Pamı illərdir tanıyıram. O, ağıllı, sərtdir və baş prokuror kimi əla iş görəcək”, – Tramp bildirib.

ABŞ-ın keçmiş konqresmeni Met Gets namizədliyini geri götürdüyünü açıqlayıb. Bu, ona qarşı azyaşlılara cinsi istismar ittihamları ünvanlanandan bir neçə gün sonra baş verib.

Azpost.info

Seçilən
19
azpost.info

1Mənbələr