"Koreya yarımadasındakı çətin vəziyyət “ən dağıdıcı termonüvə müharibəsinə” gətirib çıxara bilər".
Publika.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.
Onun sözlərinə görə, yarımadada münaqişə tərəfləri heç vaxt belə təhlükəli və kəskin qarşıdurmada olmayıb.
KXDR sədri vurğulayıb ki, ABŞ-la aparılan danışıqlar Pxenyanı Amerika tərəfinin dəyişməz düşmənçilik siyasətinə yalnız inandırıb .
Kim Çen In əlavə edib ki, Vaşinqton öz strateji aktivlərini və müttəfiqlərinin qüvvələrini yerləşdirməklə təzyiqləri və təxribat səviyyəsini artırır.