AZ

OPEC Beynəlxalq İnkişaf Fondu iqlim portfelini genişləndirir - Prezident (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

Bakı. Trend:

OPEC Beynəlxalq İnkişaf Fondu öz iqlim portfelini əhəmiyyətlidərəcədə genişləndirir.

Bu barədə Trend-ə özəl müsahibəsində OPEC Fondunun prezidentiƏbdülhəmid əl-Xəlifə məlumat verib.

"Bildiyiniz kimi, OPEC Fondu iki il əvvəl İqlimMaliyyələşdirilməsi üzrə Fəaliyyət Planını işə salıb. Bu, olduqcaiddialı bir plandır. 2021-ci ildə portfelimizin cəmi 20 faiziiqlimlə bağlı idi, lakin 2025-ci ilə qədər bu göstəricini 25 faizə,2030-cu ilə qədər isə 40 faizə çatdırmağı hədəfləmişdik. Ötən ilartıq 2025-ci il üçün nəzərdə tutulan hədəfi aşmışıq – 2023-cü ildəlayihələrimizin 34 faizi iqlimlə əlaqədar olub. Bizplanlaşdırdığımızdan daha sürətlə irəliləyirik", – deyə ovurğulayıb.

Bundan əlavə, fond iqlimə uyğunlaşma və iqlim dəyişikliyinintəsirinin azaldılması sahəsində də fəal işləyir.

Əl-Xəlifə digər qurumlarla əməkdaşlığın vacibliyini vəbiomüxtəliflik kimi problemlərin həlli istiqamətində uğurluaddımları qeyd edib.

"Məsələn, ötən il COP28-də biz Asiya İnkişaf Bankı ilətərəfdaşlıq çərçivəsində təbiət problemləri və biomüxtəliflikləməşğul olan “təbiət həlləri” mərkəzini istifadəyə verdik", – deyə oəlavə edib.

Əl-Xəlifə bildirib ki, OPEC Fondu “təmiz enerji” ilə yeməkbişirilməsinin (clean cooking) təşviqi üçün digər qurumlarla daəməkdaşlıq edir.

"Dünyada təxminən 2,6 milyard insan bu problemə məruz qalır. Bu,təkcə Afrikada deyil, Asiya, Latın Amerikası və digər regionlardada müşahidə edilir. Üç il əvvəl biz “clean cooking” təşəbbüsümüzəstart verdik və hazırda bu təşəbbüsü Afrikanın və Asiyanın bir çoxölkələrinə genişləndiririk", – deyə o qeyd edib.

Bundan başqa, prezident vurğulayıb ki, OPEC Fondu COP29gündəliyi ilə öz səylərini uyğunlaşdırmaq üçün əsas maraqlıtərəflərlə fəal əməkdaşlıq edir.

"Biz, həmçinin, dünyanın müxtəlif yerlərində effektiv vədayanıqlı karbon bazarlarının yaradılması üçün digər ölkələrləçalışırıq. Azərbacanı karbon bazarlarına dair 6.4-cü maddəni qəbuletməsi münasibətilə təbrik etmək istərdim. Bu, karbon bazarlarınıngələcəyi üçün əhəmiyyətli bir addımdır", – deyə Əl-Xəlifə bəyanedib.

O əlavə edib ki, Fond bərpa olunan enerji sahəsində layihələrifəal şəkildə inkişaf etdirməkdə davam edir.

"Biz bərpa olunan enerji potensialının 3 dəfə artırılması vəenerji səmərəliliyinin ikiqat artırılması məqsədlərini tamdəstəkləyirik. Bu hədəfləri reallığa çevirmək üçün bütünsəylərimizi göstəririk. Bu, şübhəsiz ki, COP28-də irəli sürülənmühüm bir hədəfdir və COP29 üçün də əsas prioritet olaraq qalır", –deyə OPEC Fondunun prezidenti vurğulayıb.

Əl-Xəlifə əlavə edib ki, fond Mərkəzi Asiya və Xəzər regionundada bərpa olunan enerji layihələrini fəal şəkildə inkişafetdirir.

"Biz Azərbaycanda 240 meqavatt gücə malik Xızı-Abşeron küləklayihəsini dəstəkləmişik. Həmçinin, özəl sektorla əməkdaşlıq edirikki, bu, layihələrin uğurunun təminatıdır. Özəl sektorun iştirakı bulayihələrin davamlılığını təmin edir, çünki uzunmüddətliperspektivdə onlar bazar tərəfindən dəstəklənəcək. Bu, bazaryanaşmasıdır", – deyə o bildirib.

O dəqiqləşdirib ki, Mərkəzi Asiyada OPEC Fondu Rоqun SES-i,bərpa olunan enerji sahəsində böyük bir layihəni dəstəkləmək üçün100 milyon dollar məbləğində kredit ayıraraq Tacikistanlaəməkdaşlıq edir. Bununla yanaşı, fond Özbəkistanda külək və günəşenerjisi layihələrini maliyyələşdirib. Prezident qeyd edib ki, həriki layihə bərpa olunan enerji mənbələri ilə bağlıdır və fond busahədə səylərini genişləndirməyə çalışır.

Əl-Xəlifə Mərkəzi Asiya ilə yanaşı, OPEC Fondunun Afrika, LatınAmerikası və Yaxın Şərq də daxil olmaqla dünyanın müxtəlifbölgələrində bərpa olunan enerji sahəsində geniş layihələrportfelinə sahib olduğunu vurğulayıb.

"Məsələn, biz İordaniyada bərpa olunan enerji mənbələri iləbağlı layihələrdə uzun illərdir iştirak edirik. Bu layihələrdənbəzilərinin yaşı 10-15 ilə çatır və onlar gözləntilərimizə uyğunolaraq fəaliyyət göstərirlər. Bu, göstərir ki, biz yalnızlayihələrin işə başladılmasına deyil, həm də onların uzunmüddətlidavamlılığının təmin olunmasına diqqət yetiririk", – deyə o qeydedib.

Prezident əlavə edib ki, OPEC Fondu Azərbaycanla uzun müddətdirəməkdaşlıq edir. Fond hökumətlə sıx əlaqələr qurub və hazırdaölkənin "yaşıl" keçidini dəstəkləmək üçün texniki yardımgöstərir.

"Buraya çoxsaylı aspektlər daxildir, lakin xüsusilə maraqlıhesab etdiyim məqamlardan biri Bakının hava keyfiyyətidir. Busahədə hökumətə texniki yardım göstəririk. Bu, “yaşıl keçid” üzrədaha geniş texniki yardım proqramının bir hissəsidir. Yaşıl keçidgeniş bir anlayışdır, lakin o, yerinə yetirilməsi lazım olankonkret addımları ehtiva edir", – deyə o bildirib.

Sonda Ə. əl-Xəlifə vurğulayıb ki, COP29 yüksək səviyyədə təşkilolunub və razılaşdırılmış nəticələrin əldə olunacağına ümidetdiyini bildirib.

"Ümid edirəm ki, tərəflər razılığa gələrək istənilən nəticələrənail ola biləcəklər. COP sadəcə bir toplantı deyil, bəşəriyyətinuzunmüddətli rifahı üçün konkret addımların razılaşdırılmasıdır", –deyə o bildirib.

Qeyd edək ki, OPEC Beynəlxalq İnkişaf Fondu 1976-cı ildəyaradılmış çoxtərəfli maliyyə institutu olaraq fəaliyyət göstərir.Fondun 12 üzv ölkəsi var: Əlcəzair, Ekvador, Qabon, İndoneziya,İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı,Birləşmiş Ərəb Əmirlikləri və Venesuela. Bu, yalnız üzv ölkələrtərəfindən qeyri-üzv ölkələr üçün maliyyə təmin edən qlobalmiqyaslı yeganə institutdur.

Bugünədək OPEC Fondu 125-dən çox ölkədə inkişaf layihələrinə 27milyard dollardan çox sərmayə qoyub. Layihələrin ümumi dəyəri 200milyard dollardan artıqdır. OPEC Fondu “Fitch” və “S&P” reytinqagentlikləri tərəfindən AA+/Sabit proqnoz reytinqinə malikdir.

OPEC
OPEC
OPEC
OPEC
OPEC
Seçilən
37
2
az.trend.az

3Mənbələr