AZ

Vonq: Avstraliya BCM-nin Netanyahu və Qalantın həbs qərarına hörmət edir...

Avstraliyanın xarici işlər naziri Netanyahu və Qalantı ICC-nin həbsinə dair orderi şərh edib...

Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib ki, Kanberra Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verən qərarına hörmət edir.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Vonq Kanberranın BCM-nin müstəqilliyinə hörmət etdiyini və onun beynəlxalq hüququn qorunmasında mühüm rolunu tanıdığını vurğulayıb.

Vonq əlavə edib ki, Fələstindəki münaqişə zamanı bütün mülki şəxslər qorunmalı və girovlar azad edilməlidir.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Qalantın həbsinə order vermək qərarını qanunsuzluq və həddsizlik adlandırıb.

Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağındakı vəziyyətlə əlaqədar İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib. Rəsmi sənəddə deyilir ki, məhkəmənin ibtidai istintaq kollegiyası 2023-cü il oktyabrın 8-dən gec olmayaraq, 2024-cü il mayın 20-dək törədilmiş insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər üzrə orderlərin verilməsi barədə qərar qəbul edib.

İsrail tərəfi ittihamları saxta və antisemit xarakterli adlandıraraq, BCM-nin Netanyahu və Qalan üçün verdiyi həbs orderini rədd edib.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr