“Crocus trading” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, sənədə Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə dekabrın 12-də baxılacaq.
Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
Qeyd: Şirkətin qanuni təmsilçisi Cəmilə Ağalarovadır. C.Ağalarovanın Rusiyada yaşayan tanınmış iş adamı Araz Ağalarovun qohumu olduğu bildirilir. Mətbuat yayılan bu məlumat indiyədək təkzib olunmayıb.
Xəyal Quliyev