AZ

Yığmamızın qənimi: “Bu qədər qol vurmaq əyləncəlidir”

İsveç millisinin hücumçusu Viktor Dyökereş Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən son oyun barədə növbəti açıqlamasını verib.

Futbolinfo.az xəbər verir ki, komandasının 6:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada pokerə imza atan 26 yaşlı forvard sevincli olduğunu bildirib.

“Müəyyən top fərqi ilə qalib gəlmək lazım idi və bunu bacardıq. Yaxşı gecə idi. Bu qədər qol vurmaq əyləncəlidir. Mən acam, çoxlu qol vurmaq istəyirəm. Özümü yaxşı formada hiss edirəm. Oyun zamanı doğru mövqedə çox oluram və hücumu qolla tamamlamağa çalışıram”, – deyə Dyökereş söyləyib.

Qeyd edək ki, Viktor Dyökereş 9 qolla Millətlər Liqasında mövsümün bombardiri olub.

Seçilən
11
futbolinfo.az

1Mənbələr