Bakıda gənc oğlan faciəli şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində baş verib.
24 yaşlı Şəhriyar Eyvaz oğlu Həsənov yaşadığı evdə qaynar su aşdığı üçün yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 22 Noyabr 2024, 08:38