AZ

COP29-un on birinci günü: Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqlar əldə olundu

Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un on birinci günü haqqında reportaj hazırlayıb.

Bildirilib ki, 21 noyabr tarixində sudan səmərəli istifadə edilməsi, Paris Sazişinə əsasən, meşələrin mühafizəsi və səhralaşmaya qarşı mübarizə mövzuları müzakirə olunub.

COP29 çərçivəsində çıxış edən BMT-nin baş katibi Antonio Quterreş razılaşma üçün niyyət hiss etdiyini və artıq uyğunlaşma sahələrinin müəyyən olunduğunu açıqlayıb.

Baş katib bildirib ki, Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə edilməlidir.

"Bütün razılaşdırılmamış məsələlərlə bağlı ambisiyalı və balanslaşdırılmış paket təqdim etmək məqsədilə son mərhələyə çatması üçün böyük təkan lazımdır. Uğursuzluq bir seçim deyil. Keçən həftə çoxtərəfli inkişaf bankları aşağı və orta gəlirli ölkələr üçün iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli vəsait elan etdilər. Bu, 2030-cu ilə qədər ildə 120 milyard dollara çatacaq, daha 65 milyard dollar özəl sektordan səfərbər ediləcək", - deyə Antonio Quterreş diqqətə çatdırıb.

COP29-un baş icraçı direktoru Elnur Soltanov isə tədbirin on birinci günündə qlobal müzakirələrin hansı mərhələdə olması haqqında "COP-BAKU" verilişinə danışıb. Onun sözlərinə görə, Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqların əldə olunması tədbirin ən önəmli uğurudur.

"Bu gedişlə düşünürük ki, 2025-ci ildə artıq karbon bazarları məsələsi fəaliyyətə keçə bilər. Bu da hələlik ortaya qoyulan ən ciddi mövzudur. Həmçinin bu məsələyə iqlim maliyyəsinin tərkib hissəsi kimi də baxılır. Karbon bazarlarından əldə edilən gəlirlərin bir hissəsi də məhz adaptasiya prosesləri üçün xərclənəcək", - deyə E.Soltanov bildirib.

Ətraflı süjetdə:

Seçilən
6
2
ekologiya.az

3Mənbələr