ABŞ-ın yeni seçilmiş lideri Donald Tramp Florida ştatının keçmiş prokuroru Pam Bondini ABŞ baş prokuroru vəzifəsinə irəli sürüb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın növbəti lideri "Truth Social" səhifəsində yazıb.
O vurğulayıb ki, Bondi dövründə Ədliyyə Departamenti yenidən birbaşa vəzifəsinə - cinayətlə mübarizəyə və "Amerikanı yenidən təhlükəsiz etməyə" diqqət yetirəcək.
Trampın sözlərinə görə, keçmiş prokuror ağıllı və sərtdir, Ədliyyə Departamentinin rəhbəri kimi əla iş görəcək.