AZ

“Malmö” futbol klubu COP29-da iqlim təşəbbüsünün bir hissəsi oldu

Bakıda keçirilən COP29 iqlim sammitində İsveçin “Malmö” futbol klubu “Football Clubs Alliance for Climate” yaradılmasına qoşulub.

"Unikal" xəbər verir ki, alyans iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün Avropanın aparıcı futbol komandalarını bir araya gətirir.

Avropa Klublar Assosiasiyasının (“European Club Association” - ECA) Direktorlar Şurasının üzvü olan “Malmö” FK-nin baş direktoru Niklas Karlnen vurğulayıb ki, bu alyansı qurmaqla biz “Sports for Climate Action Framewor” UNFCCC (İqlim Fəaliyyəti üçün İdman) Çərçivəsi proqramına qoşuluruq ki, Avropa və dünya futbol klublarını əhəmiyyətli iqlim təşəbbüslərinin həyata keçirilməsinə ruhlandıraq”.

ECA, “Qarabağ” FK və COP29 tərəfindən təşkil olunan konfrans futbolun qlobal ekoloji problemlərin həllində necə nümunə ola biləcəyini nümayiş etdirdi. İştirakçılar arasında “Liverpul”, “Atletiko” (Madrid) və “Portu” kimi klublar da yer alıb.

“COP29-da biz iqlim böhranı ilə mübarizədə fəal rol oynamağı öhdəmizə götürürük. Davamlı inkişaf strategiyamızla biz 2030-cu ilə qədər ECA üzvləri tərəfindən karbon dioksid emissiyalarını 30 faiz azaltmağı öhdəmizə götürürük”, - deyə ECA-nın baş direktoru Çarli Marşall bildirib.

Seçilən
40
50
unikal.az

10Mənbələr