Kriminal dairələrdə daha çox “Roma Stavropolski” kimi tanınan Şapovalov ləqəbli 54 yaşlı “qanuni oğru” Roman Dmitriyev Türkiyədə həbs edilib və Rusiyaya deportasiyasını gözləyir.
News24.az Lent.az-a istinadla bildirir ki, o, 2018-ci ilin noyabr ayından hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə beynəlxalq axtarışdadır. Roman Dmitriyev 2013-cü ilin avqustunda 43 yaşında türk “oğru”ları tərəfindən kriminal aləmə qəbul edilib.
Qeyd edək ki, Roman Dmitriyev mərhum azərbaycanlı “qanuni oğru” Lotu Qulinin yaxın adamlarından olub. Belə ki, 2017-ci ildə o, Lotu Qulinin digər 2 adamı ilə birgə Abxaziyada kafelərdən birində Rövşən Lənkəranskinin adamı olan “Pıza” ləqəbli avtoritet Raul Bartsbaya hücum edib. Lakin Pıza tapançadan atəş açaraq, qurtulub. Nəticədə ona hücu medən avtoritetlərdən 2-si yaralanıb, Roman isə qaçıb canını qurtara bilib.