AZ

Bakıda yeni iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə edilməlidir -Antonio Quterreş

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş COP29 çərçivəsində keçirilən media brifinqində yeni iddialı iqlim maliyyəsi məqsədinin vacibliyini vurğulayıb.

Fins.az xəbər verir ki, A. Quterreş iqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələlərinin həllinin prioritet olduğunu qeyd edib:

"Bizə lazım olan şey aydındır: Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair saziş. Bu saziş, müxtəlif komponentlər vasitəsilə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyə resurslarını səfərbər etməlidir," - deyə Baş katib bildirib.

O, maliyyə artımının əhəmiyyətinə diqqət çəkərək əlavə edib:
"Hər bir hökumətə emissiyaların azaldılmasını sürətləndirərək, təmiz və ucuz bərpa olunan enerji mənbələrindən və ədalətli enerji keçidindən faydalanmaq imkanı verilməlidir. Bütün ölkələrin öz insanlarını iqlim fəlakətlərindən qoruması və xalqlar arasında inam yaratması üçün maliyyə artımı vacibdir."

A. Quterreş həmçinin, bu məqsədə çatmaq üçün qlobal səviyyədə əməkdaşlığın gücləndirilməsinin və hərtərəfli dəstəyin önəmli olduğunu bildirib. COP29-un bu istiqamətdə mühüm bir mərhələ olacağı gözlənilir.

Seçilən
19
fins.az

1Mənbələr