Fransada yaşayan Türkiyə vətəndaşı iki il fərqlə iki dəfə EuroMillions “My Million” tirajını udaraq böyük şans qazanıb.
Hafta.az-ın “Le Dauphine Libere” qəzetinə istinadən yazdığına görə, 2022-ci ildə 1 milyon avro qazanan şanslı qalib bu yaxınlarda yenə eyni lotereyadan 1 milyon avro qazanıb. Az ehtimal olunan bu hadisə Fransa mətbuatında və sosial mediada geniş əks-səda doğurub.
O, ikinci dəfə qalib gələndə çox təəccübləndiyini bildirib. “Əvvəlcə buna inana bilmədim, amma əslində bu doğru idi” deyib.
İki dəfə cek-potu qazanmasına baxmayaraq iş həyatından əl çəkmədiyini bildirən şanslı qalib ilk uduşunu həyat yoldaşı ilə bal ayı və daşınmaz əmlak investisiyası üçün istifadə etdiyini, ikinci qazancını da bənzər bir işdə istifadə edəcəyini söyləyib.
Lotereya alışını davam etdirmək əzmində olduğunu vurğulayan kişi, "Hər həftə oynamağa davam edirəm, çünki indi qazanmağın mümkün olduğunu bilirəm. Üstəlik, "iki var, niyə üç olmasın" məntiqi ilə oynayıram" deyib.