AZ

Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edib - FOTO

Mastercard ABB ilə əməkdaşlıq çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizə üçün innovativ fintex həlləri kəşf etmək məqsədilə keçirilən “Sandbox as a Service” platforması üzrə virtual hakatonu uğurla başa vurub Hakatonda regionun 8 aparıcı fintex startapı iştirak edib və dayanıqlı inkişafı dəstəkləmək və karbon emissiyalarını azaltmaq üçün məhsulları canlı təqdim ediblər.

Hakatonda ümumilikdə 50-dən çox regional və yerli fintex həlləri dəyərləndirilib. Finalçılar Azərbaycan bazarında fəaliyyət göstərə bilmək qabiliyyəti, banklarla inteqrasiya üçün hazır canlı məhsullar təqdim etmək və dayanıqlılıq mövzusuna uyğun olmaq kimi meyarlara əsasən seçilib.

Final günündə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ABB, Kapital Bank, Paşa Bank, Mastercard və Sabah Hub-ı təmsil edən altı ekspertə iştirakçılar tərəfindən məhsul təqdimatları keçirilib. Ekspertlər təqdim edilmiş həlləri “Sandbox as a Service” platformasında banklar, innovasiya və istifadəçi təcrübəsi üçün aktuallıq baxımından dəyərləndirib.

Dayanıqlılıq üzrə hakatonunun qalibləri aşağıdakılar olub:
•1-ci yer – CARBONEMIT
• 2-ci yer – BESO
• 3-cü yer – FARADAI

Birinci yerə çıxan CARBONEMIT startapı ABB tərəfindən inkişafını genişləndirmək üçün 10,000 ABŞ dolları və Mastercard “Sandbox as a Service” platformasına tam giriş imkanı əldə edəcək. İkinci və üçüncü yerin sahibləri isə platformaya fərdi giriş hüququ və əlavə Mastercard üstünlükləri ilə mükafatlandırılacaqlar.

Bu komandalar iqlim problemlərinin həlli üzrə qabaqcıl yanaşmalar və banklar, həmçinin maliyyə institutları üçün praktik tətbiqlər təklif etməklə münsiflərdən yüksək qiymət alıb.

Mastercard dayanıqlı innovasiyaları dəstəkləməyə, ətraf mühitə qarşı məsuliyyəti təşviq etməyə və daha yaşıl gələcəyə töhfə verən fintex həllərini dəstəkləmək öhdəliyinə sadiqdir.

Mastercard
Seçilən
12
8
apa.az

8Mənbələr