AZ

COP29 çərçivəsində IFC “Bank Respublika”nı dəstəkləyərək iri həcmli yaşıl kredit ayırdı (FOTO)

Bakı. Trend:

Bank Respublika Beynəlxalq MaliyyəKorporasiyasından 20 milyon dollar həcmində yaşıl kreditcəlb etdi.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində BeynəlxalqMaliyyə Korporasiyası (IFC) “Bank Respublika”nı dəstəkləyərəkAzərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün böyükhəcmli kredit ayırıb.

İmzalan sazişə əsasən, beynəlxalq maliyyə institutu “BankRespublika”ya 4 illik müddətə 20 milyon ABŞ dolları məbləğindəyaşıl kredit təqdim edəcək. Kredit vəsaitləri ekoloji cəhətdəntəmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən mikro,kiçik və orta müəssisələrə, eləcə də aşağı gəlirli ailəbizneslərinə dəstək məqsədilə yönəldiləcək.

Bu, yeni iş yerlərinin yaradılmasına, sosial dayanıqlılığınartırılmasına və yaşıl texnologiyaların daha geniş əhalitəbəqələrinə əlçatanlığının təmin edilməsinə imkan yaradacaq. Belətəşəbbüslərin dəstəklənməsi, dayanıqlı iqtisadi artıma kömək edəcəkvə bölgələrin inkişafını stimullaşdıraraq onları qlobal ekolojitransformasiya proseslərinə inteqrasiya edəcək.

Qeyd edək ki, bu “Bank Respublika”nın COP29 çərçivəsindəbeynəlxalq maliyyə təşkilatları ilə bağladığı 3-cü yaşıl kreditsazişi olub. Bank daha öncə COP29 çərçivəsində Niderland İnkişafBankı ilə və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə böyük həcmlivə mühüm kredit sazişi bağlamışdır.

“Özəl biznes, xüsusilə kiçik biznes Azərbaycaniqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunda işyerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsbedir. Bizim məqsədimiz maliyyə sektorunun bu müəssisələridəstəkləmək qabiliyyətini artırarkən, eyni zamanda iqlimədavamlılığı təşviq etməkdir. Hesab edirik ki, IFC-nin” BankRespublika”-ya ayırdığı vəsaitlər iqlim maliyyələşdirməməhsullarının effektivliyini nümayiş etdirəcək və maliyyəinstitutlarının bunları daha geniş tətbiq etməsinə stimullaşdırıcırol oynayacaq”deyə IFC-nin Avropa, Latın Amerikas vəKarib dənizi üzrə regional vitse-prezidenti Alfonso Garcia Morabildirib.

“Bank Respublika olaraq ölkəmizdə uğurla davam edən COP29çərçivəsində çoxillik tərəfdaşımızla bu müqaviləni imzalamaqdanolduqca məmnunuq və hesab edirik ki, bu saziş əlaqələrimizinmöhkəmləndirilməsi və birgə ekoloji təşəbbüslərin həyatakeçirilməsi istiqamətində mühüm addım olacaq. IFC kimi nüfuzlubeynəlxalq maliyyə təşkilatı ilə əməkdaşlıq yalnız “BankRespublika”nın etibarlı maliyyə təşkilatı kimi etibarınıtəsdiqləmir, həm də mikro, kiçik və orta müəssisələrinmaliyyələşdirilməsi üçün yeni imkanlar açır. Əminik ki, bu sazişölkəmizdə ekoloji cəhətdən məsuliyyətli layihələrinmaliyyələşdirilməsi üçün geniş imkanlar yaradacaq və qlobalmiqyasda ekoloji problemlərin həllinə töhfə verəcək” –deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılovbildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram,linkedin,telegram səhifələrindəvə ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəngedərək əldə edə bilərsiniz.

COP29
COP29
COP29
COP29
Seçilən
9
13
az.trend.az

10Mənbələr