AZ

Politoloq: Baydenin qərarı Ukraynaya müsbət nəticələr verəcək...

Reuters Agentliyi məlumat yayıb ki, Putin danışıqlara hazırdır, lakin ərazi güzəştinə getməyəcək...

Məhəmməd Əsədullazadə: “Rusiya və Ukrayna arasında müharibə yeni mərhələyə keçib”.

“Hazırda Rusiya və Ukrayna arasında danışıqlar prosesini ilə bağlı heç bir ümid yoxdur. Tərəflər arasında ziddiyyət davam edir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Rusiya prezidentini danışıqlara hazır olması iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Vladimir Putin danışıqlara hazırdır, lakin ərazi güzəştinə getməyəcək. O, Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsində israr edir, lakin Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır.

Bu barədə Reuters Agentliyi mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Rusiya ordusu Xarkov və Nikolayev vilayətlərindən çıxa bilər. Həmçinin Moskva cəbhə xəttinin dondurulmasına razılaşacaq.

Mənbələr bildirib ki, Kreml Ukraynadan silahlı qüvvələrinin sayını azaltmağı və rus dilindən istifadəni məhdudlaşdırmamağı öhdəsinə götürməyi də tələb edə bilər.

Bəs, indiki mərhələdə Rusiya-Ukrayna münasibətlərində danışıqlarla bağlı pozitiv mənzərə müşahidə oluna bilər?

Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsini Poliqon-un əməkdaşı Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Qərb Rusiyanın şərtləri ilə razılaşmayacaq”.

Trampın Ukraynanın şərtləri qəbul etməsi üçün, Kiyevə təzyiq edəcəyini proqnoz edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Böyük Britaniya, Fransa, Almaniyanın qərarından da çox şey asılıdır. Ukraynanın məğlubiyyəti elə Qərbin məğlubiyyəti deməkdir:

Rusiya və Ukrayna arasında müharibə yeni mərhələyə keçib. ABŞ administrasiyasının raketlərlə Rusiyanın dərinliklərinə zərbə vurulmasına icazə verməsi müharibənin dağıdıcı mərhələsidir. Ukrayna üstünlüyü ələ almağa çalışacaq. Baydenin qərarından sonra Rusiya tərəfi danışıqlara hazır olduqlarını deyiblər. Amma Rusiyanın şərtləri var. Bu şərtlər Ukraynanın neytral qalması, rus dilinin dövlət dili elan olunması, işğal etdiyi ərazilərin bir neçəsi də Rusiyada qalmalıdır.

Ancaq Ukrayna bu danışıqları başqa şərtlərlə aparmaq istəyir. Bu da müharibənin dondurulması deməkdir. Eyni zamanda, bu Rusiyanın yenə də Qərbin üzərində növbəti siyasi uğuru ola bilər. Buna görə də, Qərb Rusiyanın şərtləri ilə razılaşmayacaq. Ola bilər ki, Tramp Ukraynanın şərtləri qəbul etməsi üçün, Kiyevə təzyiq etsin. Amma Böyük Britaniya, Fransa, Almaniyanın qərarından da çox şey asılıdır. Ukraynanın məğlubiyyəti elə Qərbin məğlubiyyəti deməkdir.

Məhəmməd Əsədullazadə: “Rusiya digər şərtlərindən geri çəkiləcək. Çünki hazırkı şərtlər əlbəttə ki, nə Qərbi, nə də Ukraynanı qane etmir”.

Hazırda Rusiya və Ukrayna arasında danışıqlar prosesini ilə bağlı heç bir ümid yoxdur. Tərəflər arasında ziddiyyət davam edir. Müharibə yalnız Rusiya qoşunlarının Ukraynadan çıxarılması istiqamətində dağıdıcı mərhələyə keçə bilər. Artıq Ukrayna bu istiqamətdə Rusiya qoşunlarına zərbə vurur.

Düşünürəm ki, Baydenin qərarı Ukraynaya müsbət nəticələr verəcək. Rusiya digər şərtlərindən geri çəkiləcək. Çünki hazırkı şərtlər əlbəttə ki, nə Qərbi, nə də Ukraynanı qane etmir. Bu şərtlər ancaq Rusiyanın maraqlarına xidmət edir”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr