Olaylar.az xəbər verir ki, bu açıqlama bir daha mülki əhali arasında qorxu və narahatlıq toxumları səpməkdə ittiham olunan ABŞ-nin siyasətini gündəmə gətirib.
Avstraliyalı jurnalist Con Lyons ABC News kanalının efirində Ukraynada yalnız cəbhə bölgələrində deyil, həm də mülki vətəndaşlar arasında artan qorxu hissinin müşahidə edildiyini bildirib.
"Kiyevdə də panika var. Amerikalılar genişmiqyaslı hava hücumu ilə bağlı kəşfiyyat məlumatları alıblar. Zelenski isə ukraynalıları panikaya qapılmamağa çağırıb", - deyə Con Lyons vurğulayıb.
Mövzu ilə bağlı tərəflərin şərhləri hələlik gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31