AZ

Ləyaqətli şəxsiyyət - doğru seçim » AzadMedia.az


Bəşəriyyətin ən ali varlığı insandır. Ona tanınan imkanlar, verilən şanslar saysız-hesabsız, hədsiz-hüdudsuzdur. Yetər ki, bunlardan faydalanmağı bacarasan, əməllərinlə örnək nümunəsi olasan, şərəf və ləyaqəti həyat amalına çevirəsən. Haqqında yazdığım insan da belə nadir şəxsiyyətlərdəndir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Sadiq oğlu Abdullayev.

Tehranağa müəllim bu vəzifəyə təsadüfən deyil, keçdiyi zəngin həyat və iş təcrübəsilə gəlmişdir. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya və Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsinin məzunu olan Tehranağa müəllim, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xalq Təsərrüfatı İdarəetmə İnstitutunun Kompüter Tədris Mərkəzində Kompüter Texnologiyasının əsaslarına, həmçinin, ISO 9001:2015 keyfiyyəti idarəetmə sistemi üzrə beynəlxalq sertifikata yiyələnmişdir.

Əmək fəaliyyəti dövründə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, 28 avqust 2024-cü ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində şöbə müdiri və katib vəzifələrində çalışmışdır. 07 noyabr 2024-cü ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Məclisinin qərarı ilə sədrin birinci müavini vəzifəsinə seçilmişdir.

Tehranağa müəllim harada çalışmasından asılı olmayaraq, yüksək peşəkarlığı, zəngin mənəviyyatı, rəhbər etikası ilə seçilib. İnanırıq ki, yeni vəzifəsində də böyük uğurları və şəxsi imzası ilə seçiləcək.

Biz də öz növbəmizdə Tehranağa müəllimə yeni vəzifəsində və şəxsi həyatında nailiyyətlər arzulayır və hər zaman səsiniz zirvələrdən gəlsin-deyirik.
Seçilən
7
1
azadmedia.az

2Mənbələr