AZ

Pentaqon: "Rusiya hücumdan əvvəl bizə məlumat verib"

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın Ukraynada qitələrarası ballistik raketlərdən istifadə etdiyini və onlara əvvəlcədən məlumat verildiyini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat brifinqində deyib: "Rusiyanın eksperimental ballistik raket buraxdığını təsdiq edə bilərəm, bu, RS-26 Rubej tipli IRBM adlı qitələrarası ballistik raketdir".

AA xəbərinə görə; Raketlərin buraxılmasından qısa müddət əvvəl ABŞ-ın "Nüvə Riskinin Azaldılması" kanalları ilə məlumatlandırıldığını qeyd edən Sinq bu tip raketlərin ilk dəfə döyüş meydanında istifadə edildiyi üçün, "eksperimental" ifadəsini işlədib.

"Bu, döyüş meydanında istifadə edilən ölümcül qabiliyyətin yeni növüdür. Bu, əlbəttə ki, bizim üçün narahatlıq doğurur və hazırda onun təsirləri ilə bağlı qiymətləndirməmiz yoxdur" - deyə, Sinq bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
turkustan.az

1Mənbələr