AZ

“Ukrayna koreyalı generalı yaralayıb” - “The Wall Street Journal”

Ərazisinin bir hissəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Rusiyanın Kursk vilayətinə “Storm Shadow” raketləri ilə endirilən zərbələr nəticəsində yüksək rütbəli Şimali Koreya generalı yaralanıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” adını çəkmədiyi Qərb rəsmisinə istinadla məlumat yayıb.

Xəbərdə qeyd olunduğu kimi, bu, ilk dəfədir ki, Qərb rəsmiləri Şimali Koreyanın yüksək rütbəli hərbçisinin Ukrayna ilə Rusiya arasında müharibənin qurbanına çevrildiyini təsdiqləyir. Generalın vəziyyətinin nə dərəcədə ciddi olduğu açıqlanmayıb.

Xatırladaq ki, noyabrın 20-də Ukrayna Müdafiə Qüvvələri Kursk vilayətinə Böyük Britaniyanın ən azı 10 raketini atıb.

“AzPolitika.info”

Seçilən
43
azpolitika.info

1Mənbələr