Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 141 milyon 965 min dollar dəyərində 118 min 922 ton pomidor ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 12,6% və ya 15 milyon 885 min dollar, həcm baxımından isə 5,6 min ton və ya 4,9% çoxdur.
Qeyd edək ki, ötən 8 ayda pomidorun ümumi ixracda xüsusi çəkisi 0,62%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 5,06%-ə bərabər olub.