Fransanın PSJ klubu futbolçusu Əşrəf Hakimi ilə müqavilənin müddətini uzadacaq.
"Report"un "RMC Sport"a istinadən məlumatına görə, tərəflər artıq bununla bağlı razılığa gəliblər.
Yeni sözləşmənin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulacaq.
Qeyd edək ki, Mərakeş millisinin üzvü cari mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 13 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Cebheinfo.az"