AZ

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib.

İdman.biz xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.

Toplantı zamanı komitə üzvləri tərəfindən aşağıdakı məsələlər müzakirə olunub:
- Cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi;
- Ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar UEFA tərəfindən görülmüş işlərin icmalı;
- Bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multi-klub sahibliyi) ilə əlaqəli qaydalar;
- UEFA tərəfindən dərc olunmuş statistik hesabatın icmalı və digər məsələlər.

İdman.biz

Seçilən
8
15
idman.biz

10Mənbələr