AZ

COP29: Dünya şöhrətli futbol klubları da iqlim alyansına qoşulub

Bakıda keçirilən COP29 iqlim sammitində İsveçin “Malmö” futbol klubu “Football Clubs Alliance for Climate” alyansına qoşulub.

Fins.az xəbər verir ki,  alyans iqlim dəyişikliyi ilə mübarizə məqsədilə Avropanın aparıcı futbol klublarını bir araya gətirir.

“Malmö” FK-nin baş direktoru və Avropa Klublar Assosiasiyasının (ECA) Direktorlar Şurasının üzvü Niklas Karlnen bildirib ki, bu təşəbbüs ilə UNFCCC-nin “Sports for Climate Action Framework” proqramına qoşularaq, Avropa və dünya futbol klublarını mühüm iqlim təşəbbüslərinə təşviq etməyi hədəfləyirik.

ECA, “Qarabağ” FK və COP29-un təşkil etdiyi konfrans futbolun qlobal ekoloji problemlərin həllində nümunə ola biləcəyini göstərib. Tədbirdə “Liverpul”, “Atletiko” (Madrid) və “Portu” kimi tanınmış klublar iştirak edib.

ECA-nın baş direktoru Çarli Marşall bildirib: “COP29-da biz iqlim böhranına qarşı mübarizədə fəal iştirak etməyə sadiqik. Davamlı inkişaf strategiyamız çərçivəsində 2030-cu ilə qədər ECA üzvləri tərəfindən karbon emissiyalarını 30 faiz azaltmağı qarşıya məqsəd qoymuşuq”.

Zemfira Ms
Fins.az

                                       

 

Seçilən
9
fins.az

1Mənbələr