AZ

Xameneyinin hesabı bağlandı

“X” platforması İranın ali rəhbəri Əli Xameneyinin italyan dilində paylaşımlar edilən sosial media hesabının fəaliyyətini məhdudlaşdırıb. 

"Cebheinfo.az" xəbər verir ki,  Xameneyinin səhifəsinə daxil olduqda “İstifadəçinin hesabı qaydaları pozduğuna görə dayandırılıb” məzmunlu mesaj görünür. 

Qeyd edək ki, bu, Əli Xameneyinin media hesablarının fəaliyyətinin dayandırıldığı ilk hal deyil. Bundan əvvəl onun ivrit dilində olan istifadəçi hesabı açıldıqdan bir gün sonra platforma tərəfindən qapadılıb. 

Daha öncə isə Xameneyinin Azərbaycan dilində paylaşımlar etdiyi səhifəsinə bir neçə gün məhdudiyyət qoyulub. 

"Cebheinfo.az"

Seçilən
21
cebheinfo.az

1Mənbələr