Vergi ödəyiciləri ölkədən çıxışlarına qadağa qoyulub-qoyulmadığı barədə Dövlət Vergi Xidmətinin rəsmi internet saytları vasitəsilə məlumat əldə edə bilərlər.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bununla bağlı maarifləndirici videotəlimat hazırlayıb.
Təlimat DVX-nin internet saytlarında təqdim olunan elektron xidmətlər vasitəsilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi prosesini əks etdirir.