AZ

Zelenski:”Putin etiraf etdi…”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Ukrayna ərazisində orta mənzilli “Oreşnik” raketinin istifadəsi ilə bağlı açıqlamalarına münasibət bildirib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” yazır.

“Putin etiraf etdi ki, bu il artıq eskalasiyaya, bu müharibənin genişləndirilməsinə doğru ikinci addım atıb. Yeni ballistik raketdən istifadə edilib. Putin bizim şəhərimizi, Ukraynanın ən böyük şəhərlərindən biri olan Dnepri vurdu. Bu, bu müharibənin miqyasının və vəhşiliyinin aşkar və ciddi artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin kinli şəkildə pozulmasıdır. Və vurğulayacağam ki, bu, Rusiyanın bir il ərzində eskalasiyaya doğru atdığı ikinci addımdır. İlk belə addım Şimali Koreyanın Ukraynaya qarşı müharibəyə ən azı 11 min hərbi kontingenti cəlb etmək olub”, – o qeyd edib.

Zelenskinin sözlərinə görə, Putin dünyada müharibəni genişləndirməməyə çağıran hər kəsə məhəl qoymadan bu addımların hər ikisini atıb. “O, Çin, Braziliya, Avropa ölkələri, Amerika, dünyanın bütün digər ölkələrinin nəyə çağırdığı ilə maraqlanmır”, – Zelenski bildirib.

O əlavə edib ki, Ukraynanın uzaqmənzilli silahlardan istifadə etməsi ilk dəfə deyil və bu, yeni addım deyil.

“Beynəlxalq hüquq çərçivəsində bunu etməyə tam haqqımız var. Bizim özünümüdafiə hüququmuz hər bir dövlətin hüququ kimidir. Rusiya raketləri şəhərlərimizi vuranda, Ukrayna hər gecə İran sui-qəsdçilərinin hücumuna məruz qalanda, Şimali Koreyadan olan hərbçi bizim sərhədimizdə yerləşdiriləndə”, – deyə Ukrayna prezidenti yekunlaşdırıb.

Seçilən
12
7
veteninfo.az

8Mənbələr