AZ

Zərdabda sanitariya-gigiyena qaydalarını pozan şəxslər cərimələnib

Zərdabda sanitariya-gigiyena qaydalarını pozan şəxslər barəsində tədbir görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Yaranmış antisanitar vəziyyət polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb. Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Seçilən
20
33
7news.az

10Mənbələr