AZ

Avstraliya sabiq naziri ölkəyə buraxmadı: Şok səbəb

Avstraliya hökuməti İsrailin keçmiş daxili işlər naziri Ayelet Şakedin viza müraciətini rədd edib.

Publika.az xəbər verir ki, bu barədə “The Australian” qəzeti məlumat verib.

Bildirilir ki, Avstraliya Daxili İşlər Nazirliyi paytaxt Kanberrada keçiriləcək konfransda iştirak etmək üçün viza müraciəti etmiş keçmiş nazir Şakedə qərarını yazılı şəkildə çatdırıb.

Hərtərəfli qiymətləndirmələr nəticəsində Şakedin Avstraliya cəmiyyətinin bir hissəsini pisləyə və cəmiyyət daxilində ixtilafı "qızışdıra" biləcəyi əsas gətirilərək, viza müraciətinin rədd edildiyi bildirilib.

Şaked qəzetə verdiyi açıqlamada Avstraliyanın bu qərarının "utancverici" olduğunu bəyan edib.

Seçilən
14
publika.az

1Mənbələr