AZ

DİN-dən sürücülərə MÜHÜM MÜRACİƏT: "Məsafə saxlayın!" - VİDEO

Bəzən paytaxtın müxtəlif küçə və prospektlərində ara məsafəsinin saxlanılmaması səbəbindən yol-nəqliyyat hadisələri baş verir.

 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Sfera.az-a verilən məlumata görə, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq uyğun ara məsafəsi seçməlidir:

 

“Bu, elə ara məsafəsi olmalıdır ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Bu qayda dəfələrlə sürücülərin diqqətinə çatdırılıb və onların maariflənməsi məqsədilə bir çox tədbirlər görülüb. Ancaq təəssüflər olsun ki,  göstərilən səbəbdən yol-nəqliyyat hadisələri tez-tez baş verir”.

 

Qurum bildirib ki, ölüm və xəsarətlə, yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalar yollarda nəqliyyatın hərəkətində ləngimələrə də səbəb olur.

 

Günay 
 

Seçilən
28
25
sfera.az

10Mənbələr