AZ

İrandan MAQATE-yə cavab: Sentrifuqalar işə salındı

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bir gün əvvəl MAQATE-nin Rəhbərlər Şurasının İran əleyhinə qətnaməsinə cavab olaraq əhəmiyyətli sayda yeni qabaqcıl sentrifuqaların işə salınması da daxil olmaqla, təsirli tədbirlərin görülməsinə göstəriş verib.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

İranın mümkün cavab xarakteri daha əvvəl MAQATE-nin baş direktorunun diqqətinə çatdırılıb.

Qeyd edək ki, MAQATE-nin Rəhbərlər Şurası İranı nüvə məsələsində əməkdaşlıq etmədiyinə görə tənqid edən qətnamə qəbul edib. Böyük Britaniya, Fransa, Almaniya və ABŞ tərəfindən təqdim olunan mətn 35 ölkədən 19-u tərəfindən bəyənilib. Rusiya, Çin və Burkina Faso əleyhinə səs verib, 12 ölkə isə bitərəf qalıb.

Seçilən
16
axar.az

1Mənbələr