2024-cü ilin mart ayından bəri Rusiya Şimali Koreyaya bir milyon bareldən çox neft tədarük edib.
Publika.az xəbər verir ki, bunu hərbi dəstəyə görə ödənildiyi ehtimal edilir.
Bu barədə BBC Britaniyanın “Open Source Center” tədqiqat mərkəzinin məlumatlarına istinadən məlumat yayıb.
Aparılan peyk görüntülərinin təhlilinə əsasən, Şimali Koreya tankerləri 2024-cü ilin martından noyabr ayına qədər Uzaq Şərqdəki Rusiya neft terminalı ilə Şimali Koreya limanları arasında 43 səfər edib. Bütün gəmilər Rusiyaya boş gəlib və neftlə dolu geri dönüb.