Moskva vilayətində qasırğa zamanı metal pavilyonun üstünə düşməsi nəticəsində qız ölüb. Bu barədə cümə günü, noyabrın 22-də vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“İlkin məlumata görə, noyabrın 21-də saat 22 radələrində Qrivna sənaye parkının ərazisində güclü külək zamanı siqaret çəkən yer kimi istifadə edilən metal pavilyon 2002-ci il təvəllüdlü qızın üzərinə aşıb.
Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib.
Prokurorluq hadisənin baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir. Ərazinin saxlanmasına cavabdeh olan personalın fəaliyyətinə də qiymət veriləcək.
Oxuməni.az