AZ

Trampın qələbəsi "qızıl viza" tələbatını artırdı

ABŞ-da keçirilən prezident seçkilərində respublikaçı namizəd Donald Trampın qələbəsi amerikalılar arasında "qızıl viza" proqramlarına marağı əhəmiyyətli dərəcədə artırıb.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, yatırım qarşılığında vətəndaşlıq əldə etmək imkanı yaradan "qızıl viza" proqramı üzrə məsləhətçilik xidməti göstərən "Henley Partners" şirkəti seçkilərdən sonra tələbin 400% artdığını açıqlayıb. Digər şirkət "Arton Capital" isə Trampın qələbəsindən sonra bir gündə 100-dən çox müraciət qəbul etdiklərini bildirib.

ABŞ vətəndaşlarının "qızıl viza" ilə ən çox müraciət etdiyi ölkə Portuqaliyadır. Bu ölkə sənət və mədəni irs sahələrinə minimum 250 min avro investisiya edən şəxslərə oturma icazəsi verir və 5 ildən sonra vətəndaşlıq əldə etmək imkanı tanıyır.

Sərvəti 50 milyon dollar və ya daha çox olan zənginlər isə daha çox Malta və ya Avstriyanı seçirlər. Bu ölkələr sərfəli şərtlərlə vətəndaşlıq və geniş imkanlar təklif edir.

Jalə
Demokrat.az
Seçilən
26
demokrat.az

1Mənbələr