AZ

Naxçıvandan Efiopiyaya məhsul ixrac ediləcə

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı Naxçıvan Muxtar Respublikasından Efiopiyaya qənnadı məhsullarının ixracı üçün sərbəst satış sertifikatı  (Certificate of Free Sale) verib.

Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, son dövrlər sərbəst satış sertifikatı ilə bağlı müraciətlərin sayında artım müşahidə olunur. Müraciətlər əsasən qida məhsullarının ixracı ilə bağlıdır. Beynəlxalq bazarda bu sertifikatı tələb edən şirkətlərin sayı sürətlə artmaqdadır. “Azexport” portalının təqdim etdiyi növbəti sertifikatlar vasitəsilə Naxçıvan Muxtar Respublikasında istehsal olunan qənnadı məhsullarının Efiopiyaya ixracı nəzərdə tutulub. Bundan əvvəl də həmin bazara un məmulatlarının ixracı üçün sərbəst satış sertifikatı verilib.

Sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2024-cü ilin noyabr ayına kimi 746 adda məhsula sərbəst satış sertifikatı verilib. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış 100-dən artıq Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkəsinə ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar azexport.az  portalı vasitəsilə müraciət edə bilərlər.

Seçilən
5
7
marja.az

8Mənbələr