AZ

Sürücülər bu küçələrdə qanuni parklanma yerlərini zəbt edib yolu kəsirlər- VİDEO

Bəzi sürücülər yaşadıqları və ya işlədikləri yerin qarşısında avtomobillərini park etmək üçün qanunla qadağan edilmiş müəyyən yollara əl atırlar. Avtosfer.az xəbər verir ki, bəziləri zəncirlə, bəziləri dəmir dayaqlar basdıraraq, bəziləri isə su bidonları qoyaraq avtomobillərinə yer saxlayırlar.

Paytaxtın İsmayıl bəy Qutqaşınlı və Mirzəağa Əliyev küçəsində də belə hallara rast gəlmək olur. Qeydə alınmış videodan da aydın şəkildə görünür ki, sürücü su bidonlarını avtomobilin yan hissəsinə qoyub. Özü oradan çıxdıqdan sonra bidonlar hərəkət hissəsində qalaraq, həmin yerə digər avtomobillərin girməsini məhdudlaşdıracaq.

Növbəti küçədə isə sürücülərdən birinin su bidonlarını hərəkət hissəsinə düzərək özünə yer saxladığı videoya əks olunub.

Qeyd edək ki, bu əmələ görə, qanunvericilikdə məsuliyyət də nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilə bilər.

 

Fərid

Seçilən
6
avtosfer.az

1Mənbələr