AZ

Naxçıvan Efiopiyaya qənnadı məhsulları ixrac edəcək

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin(İİTKM) operatoru olduğu “azexport.az” portalı Naxçıvan MuxtarRespublikasından Efiopiyaya qənnadı məhsullarının ixracı üçünsərbəst satış sertifikatı (Certificate of Free Sale) verib.

Trend xəbərverir ki, bu barədə Mərkəz məlumat yayıb.

Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, son dövrlər sərbəstsatış sertifikatı ilə bağlı müraciətlərin sayında artım müşahidəolunur. Müraciətlər əsasən qida məhsullarının ixracı ilə bağlıdır.Beynəlxalq bazarda bu sertifikatı tələb edən şirkətlərin sayısürətlə artmaqdadır. “Azexport” portalının təqdim etdiyi növbətisertifikatlar vasitəsilə Naxçıvan Muxtar Respublikasında istehsalolunan qənnadı məhsullarının Efiopiyaya ixracı nəzərdə tutulub.Bundan əvvəl də həmin bazara un məmulatlarının ixracı üçün sərbəstsatış sertifikatı verilib.

Sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azexport”portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malınAzərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyətidövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığınıvə standartlara cavab verdiyini təsdiqləyir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2024-cü ilin noyabr ayınakimi 746 adda məhsula sərbəst satış sertifikatı verilib.Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllərixracında çətinliklər yaranmış 100-dən artıq Amerika, Asiya,Okeaniya, Avropa və Körfəz ölkəsinə ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlarwww.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.

Seçilən
10
7
az.trend.az

8Mənbələr