AZ

Rusiya NATO-nun Polşadakı bazasını "qaralayıb" - "Zərərsizləşdirilə bilər"

Təxminən 3 ildir davam edən Rusiya-Ukrayna müharibəsi Ukraynanın Rusiyaya ABŞ və İngiltərə raketləri ilə hücumundan sonra yeni bir məcraya yönəlib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, dünən prezident Putinin Qərbi cavab atəşi ilə hədələməsindən sonra rəsmi Moskvadan konkret hədəf açıqlanıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da brifinqdə bunu gizlətməyib. O, Rusiyanın bu prosesdə əks-tədbirlərə hazırlıqları artırdığını etiraf edib: "Qərb hərbi obyektlərinin yaratdığı təhdidlər cavabsız qala bilməz".

XİN rəsmisi ilk hədəfin Poşa olmasını da istisna etməyib: "Təhdidlər nəzərə alınaraq, NATO-nun Polşadakı hava müdafiə sistemi zərərsiz hala gətirilə bilər".

Samir Musayev
MİA.AZ

Seçilən
7
1
mia.az

2Mənbələr