AZ

Dövlət Komitəsinin sədri Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasında iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kamboca Krallığının Parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının (QTSŞ) birgə evsahibliyi etdiyi Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin (BTSP) “Sülh, Barışıq və Tolerantlıq Axtarışı” mövzusunda keçiriləcək 11-ci plenar sessiyasında iştirak edəcək. 

Kamboca Krallığının paytaxtı Pnompen şəhərində noyabrın 23-dən 26-dək keçiriləcək tədbirdə sülh, tolerantlıq, birgəyaşayış ilə bağlı ümumi narahatlıq doğuran qlobal məsələlər müzakirə ediləcək. İki plenar sessiyadan ibarət tədbirin sonunda sülh, barışıq və tolerantlıq axtarışı üzrə Pnompen Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ayrı-seçkilik və ekstremizmə qarşı mübarizədə tolerantlıq və sülh mədəniyyətini təbliğ etmək məqsədi daşıyan Qlobal Tolerantlıq və Sülh Şurası müasir dünyada bu anlayışların təşviqi istiqamətində əməkdaşlığın müzakirə olunduğu platformadır. 

 

 

Seçilən
7
2
xalqqazeti.az

9Mənbələr