AZ

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla MDB ölkələri arasında 5 milyard 701 milyon 705 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.

Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

Hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 31,84%-ni təşkil edib.

Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 3 milyard 942 milyon 426 min ABŞ dolları (1 il əvvələ nisbətən 14,5% çox), Ukrayna ilə 380 milyon 144 min ABŞ dolları (33,3% çox), Türkmənistanla 337 milyon 715 min ABŞ dolları (52,5% az), Belarusla 403 milyon 960 min ABŞ dolları (47,7% çox), Qazaxıstanla 393 milyon 831 min ABŞ dolları (38,7% çox), Özbəkistanla 196 milyon 122 min ABŞ dolları (37,2% çox), Qırğızıstanla 33 milyon 981 min ABŞ dolları (27,7% az), Moldova ilə 8 milyon 342 min ABŞ dolları (37% az), Tacikistanla 5 milyon 177 min ABŞ dolları (0,1% az) olub.

On ayda Azərbaycanın MDB ölkələrinə məhsul ixracının dəyəri 5% artaraq 1 milyard 405 milyon 330 min ABŞ dolları təşkil edib.

Bu dövrdə Azərbaycandan Rusiyaya 972 milyon 509 min ABŞ dolları (illik müqayisədə 1,2% çox), Ukraynaya 146 milyon 676 min ABŞ dolları (54,7% çox), Türkmənistana 71 milyon 737 min ABŞ dolları (1,2% az), Belarusa 39 milyon 994 min ABŞ dolları (62,6% çox), Qazaxıstana 107 milyon 747 min ABŞ dolları (23,2% çox), Özbəkistana 31 milyon 451 min ABŞ dolları (19,9% az), Qırğızıstana 26 milyon 814 min ABŞ dolları (39,3% az), Moldovaya 4 milyon 86 min ABŞ dolları (57% az), Tacikistana 4 milyon 316 min ABŞ dolları (6,2% az) dəyərində məhsul ixrac edilib.

Ölkənin ümumi ixracında MDB ölkələri 6,18%, o cümlədən Rusiya 4,28%, Ukrayna 0,64%, Türkmənistan 0,32%, Belarus 0,18%, Qazaxıstan 0,47%, Özbəkistan 0,14%, Qırğızıstan 0,12%, Moldova 0,02%, Tacikistan 0,02% paya sahib olub.

Yanvar-oktyabrda Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 11,1% artaraq 4 milyard 296 milyon 375 min ABŞ dolları təşkil edib.

Bu dövrdə Azərbaycana Rusiyadan 2 milyard 969 milyon 917 min ABŞ dolları (19,7% çox), Ukraynadan 233 milyon 468 min ABŞ dolları (22,7% çox), Türkmənistandan 265 milyon 981 min ABŞ dolları (58,3% az), Belarusdan 363 milyon 966 min ABŞ dolları (46,3% çox), Qazaxıstandan 286 milyon 84 min ABŞ dolları (45,6% az), Özbəkistandan 164 milyon 671 min ABŞ dolları (58,8% çox), Qırğızıstandan 26 milyon 814 min ABŞ dolları (2 dəfə çox), Moldovadan 4 milyon 256 min ABŞ dolları (13,9% çox), Tacikistandan 861 min ABŞ dolları (48,2% çox) dəyərində məhsul idxal edib.

Ölkənin ümumi idxalında MDB ölkələri 25,83%, o cümlədən Rusiya 17,85%, Ukrayna 1,4%, Türkmənistan 1,6%, Belarus 2,19%, Qazaxıstan 1,72%, Özbəkistan 0,99%, Qırğızıstan 0,04%, Moldova 0,03%, Tacikistan 0,01% paya sahib olub.

Seçilən
12
5
apa.az

6Mənbələr