AZ

Tramp müharibə kabineti yaratdı - İrana qarşı əməliyyatlar başlayır?

ABŞ prezidenti seçilən Tramp yeni təhlükəsizlik heyətini İran, Suriya və Livanda müharibənin dərinləşməsinin tərəfdarı olan insanlardan yaradıb.

Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni dövrdə əsas məqsədinin İranı məhdudlaşdırmaq olacağı bildirilsə də, “müharibələri bitirəcəyəm” deyən Trampın Yaxın Şərqdə yaradacağı təhlükəsizlik siyasətlərinin vəziyyəti daha da alovlandıracağı ilə bağlı narahatlıqlar var.

Donald Tramp yeni kabinetini formalaşdırarkən Pit Heqseti Müdafiə Nazirliyinə, Marko Rubionu isə Dövlət Nazirliyinə təyin edəcəyini açıqlayıb. Tulsi Qabbard Milli Kəşfiyyatın direktoru təyin edilib. Trampın formalaşdırdığı yeni administrasiyada təhlükəsizlik və xarici əlaqələrdə “şahin” sayılan adların gündəmə gəlməsi “Müharibə kabineti qurulurmu?” suallarının yaranmasına səbəb olub.

Haber Global Web Özəl üçün ABŞ-ın yeni kabinetini qiymətləndirən Bahçeşehir Universitetinin Strateji Araşdırmalar rəhbəri, təhlükəsizlik və terrorla mübarizə üzrə ekspert Abdulla Ağarın sözlərinə görə, Trampın “Müharibələri bitirəcəyəm” bəyanatı sadəcə seçki şüarı olaraq qala bilər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
turkustan.az

1Mənbələr