Ötən ay Rusiya mediasında Avtovazın Dubayda dilerlik açacağı barədə məlumat yayılmışdı. Xəbərdə ərəblərin Nivaya xüsusi maraq göstərdiyi vurğulanmış,hətta qiymətlər də yazılmışdı. Bu xəbəri rəsmi Rusiya KİV-ə istinadla Avtosfer.az saytı da yaymışdı. Təbii ki, biz rus avtomobil ekspertlərinin məsələyə real yanaşmadığını da qeyd etmişdik.
2 gün əvvəl isə Avtovazın rəhbərliyi TASS agentliyinə müsahibəsində artıq Dubayda Ladanın satış mərkəzinin açıldığını və hətta pulsuz test-drayv təklif etdiyini bildirib. Hətta BƏƏ-li partnyorun adı da göstərilib: Pearl Motors.
Lakin Rusiyanın Teleqram kanalları bu yalanın üzərini cəmi bir gündə açıblar. Kanallardan biri ilə əməkdaşlıq edən və hazırda Dubayda yaşayan rus jurnalist sözügedən satış mərkəzinə baş çəkib. Məlum olub ki, burada lüks brendlər satılır. Niva və digər rus brendləri barədə isə ümumiyyətlə heç kimin məlumatı yoxdur.
Görəsən bu feyk Avtovazın və Rusiyanın ciddi media qurumlarının nəyinə lazım idi? Görünür, sovet metodlarından əl çəkmək hələ də mümkün olmayıb.
Vüqar Yaşaroğlu