AZ

Netanyahunun köməkçisinə ömürlük həbs təhlükəsi

İsrail Baş naziri Benyamin Netanyahunun mətbuat üzrə keçmiş məsləhətçisi Eliezer Feldşteyn ömürlük həbs cəzası ala bilər.

Oxu.Az-ın "The Times of Israel" qəzetinin məlumatına görə, o, məxfi məlumatların sızmasını təşkil etməkdə şübhəli bilinir.

Bundan əlavə, o, dövlət sirri təşkil edən sənədləri qanunsuz saxlamaqda da ittiham olunur.

Nəşrin məlumatına görə, bu iş üzrə digər şübhəli şəxs - İsrail Müdafiə Ordusunun (SAXAL) ehtiyatda olan və adı açıqlanmayan hərbçisi yeddi il azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, ittiham tərəfi hesab edir ki, Feldşteyn hərbi kəşfiyyatdan olan dörd hərbçinin vasitəçiliyi ilə İsrail Müdafiə Ordusunun məlumat bazasından məxfi məlumatlar əldə edib və onları İsrail baş nazirinin ofisinə ötürüb.

Materialda qeyd olunub ki, o bu sənədlərdən birini "Bild" nəşrinə də ötürüb.
Seçilən
10
sherg.az

1Mənbələr